Səfirin Xatirələri - Müqəddimə / 1 (səsli kitab)

Fransada hicabı və islamı müdafiə edərək, səfirə çevrilən tələbənin hekayəsi
Bismillahir rəhmanir rəhim
Müqəddimə
...Əlqərəz! Seçilmiş tələbə olduğum üçün sənaye dizaynı ixtisası üzrə doktorluq təqaüdü almağa nail oldum. Şəxsi istəyim və dissertasiya mövzusu xüsusunda apardığım araşdırmalarım, məni Fransanı seçməyə daha da əmin etdi və nəhayət Parisə yola düşdüm.
Təhsil aldığım müddətdə üniversitet biliklərindən savayı, ictimai həyatın təcrübələrini də əldə etmişdim. Bəzən görürsən ki, ikincidə elə bir bərəkət və xeyir olur ki, birincidə bunlar olmur. Mənim üçün, sənaye dizaynını həddən artıq sevən birisi kimi bu və ya buna bağlı sahədə illərlə mütailə etmək son dərəcədə cəlb edici və stimullaşdırıcı idi. Ancaq, bütün bunlardan daha mühümü bu idi ki, mən dokturantura mərhələsindən əvvəl fəal tələbə idim və bu da mənim bu ixtisası seçməyimdə xüsusi təsir qoymuşdu. Təşkilati fəaliyyətim mənim sənaye texnologiyaları və avadanlıqlarına olan baxışıma, habelə istehlakçılıq, məhsul effektliyi, həyat tərzi və həyatın özünə olan baxışlarımda müstəsna rol oynamışdı. Bütün bunlar, gündəlik qarşılaşdığım hadisələrə dərslərim qədər ciddi yanaşmağıma səbəb olmuşdu. Bəzən də, bu hadisələr üçün proqram tərtib edirdim və qarşıma sadəcə diplom almaq deyil, daha yüksək hədəfləri qoymuşdum.
Özümü biləndən həmişə bəhs etmişəm. Nəinki, özüm bəhs ortaya atıram. Xeyir! Çox vaxt, özüm bəhsə tərəf getməsəm də, bəhslər mənə tərəf gəlirdi. Və beləcə, mənimlə və bəhs arasında sülhə söykənən bir həyat formalaşdı və hələ də bu həyat davam edir. Öyrəndim və inanıram ki, mövqe sərgiləmədən dindarlıq etmək insanı doğru bir nəticəyə çatdırmayacaqdır. Çünki, insanın haqq və batil məfhumlarına inanmasına baxmayaraq özü barəsində düşünməsinə etinasız yanaşması qeyri-mümkündür. Bu sözümü təsdiq edəcək başqa bir şey isə, bir çox müsəlmanlardan gördüklərimdir.
Ayağımı Fransaya basanda, hicabım, xüsusəndə müsəlmanların vəziyyəti barəsində verilən ilk sualları eşitdiyimdə anladım ki, orda heç kim məni görmür. Orda insanların gördüyü və haqqında söhbət etdiyi yeganə şey, bir müslman idi. Nəinki, Nilufər Şadmehri! Orada olanlar müsəlmanlar və islam barədə çox şey bilmirdilər. Daha dəqiq desəm, onların islam barədə təsəvvürləri ilə həqiqət arasında yerdən-göyə fərq var idi.
Və mən “İslam” oldum. Mən, İslamın bütün güclü və zəif yönlərinin cavablandırıcısı idim. Sanki, mən bütün şəraitlərdən və hadisələrdən məsul idim. Əlac yox idi. Əlbətdə, mən bu əlacsızlıqdan narazı deyildim. Mən, istəmədən bəzi məlumatların ötürücüsü vasitəsinə çevrilmişdim. Bir sözlə, artıq qərar qəbul edilmişdi. Mən İslamın və xüsusən də hicabın səfiri, dinimin mənafeyinin müdafiəçisi idim.
Bu kitab təhsil müddətində başıma gələn hadisələrin bəzisini özündə ehtiva etməkdədir. Yataqxanaya gəlməmişdən öncə, təxminən dörd ay fransalı bir ailə ilə birlikdə yaşadım. O günlərin xatirələri də az deyil. Ancaq, oxuyacağınız hadisələr yataqxanaya gəldiyim zamandan ölkəmə qayıtdığım ilk günə qədər baş verən hadisələri ehtiva edir.
Dissertasiya işimin dördüncü ilində “səfir” adında web-blog yaratdım və bu kitabda olan xatirələrimin bəzilərini oraya yerləşdirdim. Bəzi mətləblərə bəzən beş yüz comment yazılırdı. O commentlərin arasında məni təqdir, təşviq edən, xoş hisslərini və məhəbbətlərini dilə gətirənlər olduğu kimi, mənə və İslama qarşı xoşagəlməz ifadələr işlədənlər də var idi!
Ağır dissertasiya işimdən dolayı, web-blogdan istifadə etmək və məlumatları yeniləmək fürsətim yox idi. Ona görə də, yazdığım xatirələr bu günə kimi yarımçıq şəkildə qalmışdı. Bu kitabda çap olunan xatirələrin bəzilərini həmin web-blogda yazsam da, digər hissəsini yazmağa fürsət olmamışdı.
Vətənə qayıtdıqdan sonra isə, başqa xatirələr yaşadım. Yazmağa dəyərli olan bu xatirələrin bir çoxunun kökü, yataqxanada olduğum dövrdə baş verən hadisələrdən qaynaqlanırdı. İnşallah, bu xatirələri də qələmə almağa fürsət əldə edə bilərəm.
Hörmətlə
2014-ün yayı
Nilufər Şadmehri