Hamiləlik dövrünün əməlləri

Bu yazıda hamiləlik dövrünün xüsusi və ümumi əməlləri qeyd olunmuşdur.
İlk ayın əməlləri: Dördüncü və cümə günləri Yasin və Saffat surəsini oxumaq. Cümə günü səhər yeməyindən öncə və gün batmamışdan qabaq nar yemək. Bundan əlavə, hər gün 2 xurmaya qədr surəsini oxuyub, səhər ac qarnına yemək.
İkinci ayın əməlləri: Dördüncü və cümə günü Mülk surəsini oxumaq. Dördüncü gün 140 dəfə, cümə günü isə 100 dəfə salavat demək. Hər gün 2 innaba ixlas surəsini oxuyub, ac qarnına yemək.
Üçüncü ayın əməlləri: Dördüncü və cümə günləri Ali-İmran surəsini oxumaq. Hər gün namazdan sonra 140 dəfə salavat demək. Hər gün bir almaya ayətəl-kürsi oxuyub, ac qarnına yemək.
Dördüncü ayın əməlləri: Dördüncü və cümə günləri İnsan surəsini (76-cı surə) oxumaq. Bütün namazlarda rükətlərin birində Qədr surəsini oxumaq. Hər gün iki əncirə Tin surəsini oxuyub, ac qarnına yemək.
Beşinci ayın əməlləri: Dördüncü və cümə günləri Fəth surəsini oxumaq. Namazların birində Nəsr surəsini oxumaq. Hər gün bir yumurtaya Həmd surəsini oxuyub, ac qarnına yemək.
Altıncı ayın əməlləri: Dördüncü və cümə günləri Vaqiə surəsini oxumaq. Axşam namazlarından birində Tin surəsini oxumaq. Hər gün bir nara Fəth surəsini oxuyub, ac qarnına yemək.
Yeddinci ayın əməlləri: Dördüncü və cümə günləri Yasin və Mulk surəsini oxumaq. Hər gün 140 dəfə salavat demək. Hər gün bir heyvaya Yasin surəsini oxuyub, ac qarnına yemək.
Səkkizinci ayın əməlləri: Hər gün İnsan surəsini oxumaq. Hər gün 140 dəfə salavat demək. Kabab və zəfərana Nəsr surəsini oxuyub yemək.
Doqquzuncu ayın əməlləri: İmam Zamanın salamatçılığına qurban kəsib, ətindən yemək. Zöhr ya əsr namazında Əsr və Zariyat surəsini oxumaq. Dördüncü günləri Həcc, cümə günləri isə Fatir surəsini oxumaq. Hər gün bir qədər süd və xurmaya İnsan surəsini oxuyub, ac qarnına yemək.
Ümumi tövsiyələr:
1.Hər gün 14 məsumun niyyətinə 17 salavat demək.
2.Hər gün 70 dəfə “Əstəğfirullahə Rabbi və ətubu iləyh” demək.
3.Hər gün 100 dəfə “Lə iləhə illəllah” demək.
4.Hər gün Vaqiə surəsini oxumaq.
5.Hər gün sədəqə çıxarmaq.
6.Bacardığı qədər Qədr və İxlas surəsini oxumaq.
7.Muminun surəsini oxumaq.
8.Dəstəmazlı olmaq.
9.40 gün Ziyarti-aşura oxumaq.
10.Hər namazdan sonra Hz. Zəhranın (sə) zikrlərini demək.
11.Quran dinləmək.
12.Quran xətm etmək.
13.40 gün Əhd duasını oxumaq.
Qeyd: Bütün bunlar bəyənilən əməllərdəndir. Hər bir şəxs öz şəraitinə uyğun olaraq seçib, əməl edə bilər.
Allah övladlarımıza özünə bəndə olmaqda yardımçı olsun!
Mizanmaarif.com